Region Özəl

"Tikinti işlərinə başlamağı planlaşdırırıq" — Paşinyan "Zəngəzur dəhlizi" haqqında danışdı

Tikinti işlərinə başlamağı planlaşdırırıq — Paşinyan Zəngəzur dəhlizi haqqında danışdı

"Texniki problemləri nəzərə almasaq, bu il yerlərdə tikinti işlərinə başlamağı planlaşdırırıq"

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Ermənistanın irimiqyaslı TRIPP infrastruktur layihəsinə inteqrasiyasını şərh edərkən bildirib.

Paşinyan hazırda fəal və dərin iş prosesinin getdiyini, ixtisaslaşmış qrupların bilavasitə yerində mühəndis tədqiqatları apardığını vurğulayıb.

"İşçi qruplarının potensial kommunikasiya marşrutlarına, nəqliyyat qovşaqlarına və elektrik xətlərinə yerində baxış keçirməsi ilə başlayan proses davam edir. İndi müxtəlif mühəndislik, layihələndirmə, planlaşdırma, maliyyə və logistika məsələləri gündəlik olmasa da, demək olar ki, hər həftə müzakirə olunur", - o, bildirib.

Nikol Paşinyan vurğulayıb ki, bu strateji logistika dəhlizinin inkişafı hazırda hökumət səviyyəsində heç bir maneə ilə üzləşmir.

"Siyasi və ya maliyyə baxımından heç bir maneə yoxdur, lakin sırf texniki və təşkilati məsələlər yarana bilər", - deyə Paşinyan sözlərinə əlavə edib.

Alparslan Demokrat.az

D
demokrat.az