Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev dünyasını dəyişib.
Gənc idmançının vaxtsız vəfatı barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Yeniyetmə cüdoçunun qəfil ölümünün dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Vəli Əliyev cəmi səkkiz gün əvvəl, yəni iyunun 18-də keçirilən cüdo üzrə Naxçıvan muxtar respublika birinciliyində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və qızıl medal qazanmışdı.
Demokrat.az


