Maraqlı Özəl

Ət alarkən barmağınızla sıxın, batıq dərhal düzəlirsə, deməli...

Ət alarkən barmağınızla sıxın, batıq dərhal düzəlirsə, deməli...

Piştaxtalarda dana əti adı altında yaşlı inək ətinin satılması hallarına tez-tez rast gəlinir. Bu isə həm xörəklərin dadına təsir edir, həm də cibimizə ziyan vurur.

Bəs aldığımız ətin gənc danaya, yoxsa yaşlı inəyə məxsus olduğunu necə bilmək olar?

Seçim edərkən aldanmamaq üçün dörd əsas məqama mütləq diqqət yetirmək lazımdır.

İlk növbədə ətin rəngi çox şeydən xəbər verir. Belə ki, təzə dana əti açıq qırmızı, hətta çəhrayıya çalan tonda olur. Yaşlı heyvanların əti isə tünd qırmızı, bəzən qəhvəyi rəngə yaxın çalarlarda görünür.

İkinci vacib detal ətin üzərindəki yağ təbəqəsidir. Dananın yağı ağ və ya süd rəngində olur. Əgər ətin üzərindəki yağ sarımtıl və ya tamamilə sarı rəngdədirsə, deməli, qarşınızdakı yaşlı inək ətidir.

Heyvanın yaşı artdıqca onun əzələ lifləri də dəyişir. Dana ətinin lifləri incə, hamar və sıx yerləşir. İnək ətində isə bu liflər gözlə görünəcək dərəcədə iri, qalın və kobuddur. Lifləri bərk olan ət gec bişir və çətin çeynənilir.

Nəhayət, sümüklərin quruluşuna baxmaq olar. Gənc heyvanların sümükləri nisbətən kiçik, məsaməli və kəsik hissəsi qırmızımtıl olur. Yaşlı inəklərdə isə sümüklər iri, bərk və tamamilə ağ rəngdədir.

Satıcıların hiyləsinə qurban olmaq istəmirsinizsə, sümüksüz ət alarkən barmağınızla onun üzərinə yüngülcə basın. Əgər yaranan batıq dərhal düzəlirsə və ət elastikdirsə, tam əminliklə həmin məhsulu ala bilərsiniz.

Demokrat.az

D
demokrat.az