Hörmüz boğazında gəmilərin hərəkəti ilə bağlı qaydalar sərtləşdirilir. İranın Fars körfəzinə Nəzarət İdarəsi regionda hərəkət edən gəmi sahiblərinə xəbərdarlıq edib.
Rəsmi açıqlamaya görə, bölgədə yalnız müəyyən edilmiş marşrutlarla hərəkət edən gəmilərin təhlükəsizliyinə zəmanət veriləcək. Təyin olunmuş xətdən kənara çıxan gəmilər həm təhlükəsizlik, həm də sığorta təminatını itirəcəklər.
Qaydalara əməl etməyən daşıyıcılar yarana biləcək bütün risklərə görə şəxsən məsuliyyət daşıyacaqlar.
Demokrat.az


