Türk kinosunun tanınmış simalarından olan 77 yaşlı aktyor Kadir İnanırın səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Demokrat.az xəbər verir ki, səhhətində yaranan ağırlaşmalar səbəbindən mayın 14-də reanimasiya şöbəsinə yerləşdirilən İnanır mayın 22-də entübe edilərək süni tənəffüs aparatına qoşulub.
Aktyorun vəziyyəti hazırda stabil olsa da, müalicə prosesində hələlik müsbət irəliləyiş müşahidə olunmayıb. Kadir İnanırın yaxınlarının verdiyi məlumata görə, tətbiq olunan intensiv müalicə tədbirlərinə baxmayaraq, onun vəziyyətində sevindirici dəyişiklik qeydə alınmayıb.
Qeyd edək ki, "Yeşilçam"ın əfsanəvi aktyorlarından hesab olunan Kadir İnanırın səhhəti Türkiyədə və xaricdə milyonlarla pərəstişkarı tərəfindən diqqətlə izlənilir. Sevənləri məşhur sənətçidən gələcək müsbət xəbərləri gözləyirlər.

Leyla Demokrat.az


