Region Özəl

İrəvanın mərkəzində separatçıların əskisini qaldırmağa cəhd edən daşnaklar həbs olunub

İrəvanın mərkəzində separatçıların əskisini qaldırmağa cəhd edən daşnaklar həbs olunub

Erməni faşistlərinin təşkilatı olan "Daşnaksütyun" İrəvanın mərkəzində tarixin zibilliyinə atılmış keçmiş separatçıların əskisini asmağa cəhd ediblər.

Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, faşist təşkilatının iki ekstremisti bu addamı atmaq istəyərkən polis tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı faşist "Daşnaksütyun" partiyası bəyanat yayıb.

Qeyd olunur ki, İrəvanda bir neçə gündür ki, keçmiş separatçıların əskisinin qaldırılması uğrunda "mübarizə" gedir:

"Təşkilartımızın iki nümayəndəsi bir gecədə saxlanılıb. Üç gündür ki, İrəvan Bələdiyyəsinin birbaşa göstərişi ilə 2022-ci ildə qaldırılan bayraq Fransa meydanından götürülüb.

Hər dəfə bayrağı yenidən qaldırmışıq, lakin ötən axşam bayraq üçüncü dəfə götürüldükdən sonra partiyanın gənclər qanadının iki üzvü onu yenidən qaldırmağa cəhd edərkən həbs olunublar", - deyə faşist "Daşnaksütyun" partiyasının bəyanatında bildirilir.

Xatırladırıq ki, ermənilərin 2023-cü ildə könüllü olaraq Azərbaycan ərazisini tərk etməsindən sonra bəzi seperatçı elementlər İrəvanda su bulandırmağa cəhd edirlər. Azərbaycan və Ermənistan arasında başlayan sülh prosesi çərçivəsində isə rəsmi İrəvan bu prosesə mane olacaq bu kimi cəhdlərin qarşısını almağı öz üzərinə öhdəlik götürüb. Buna görə də, Qarabağdan könüllü çıxan separatçıların bu kimi əməllərinin qarşısı alınır.

Alparslan Demokrat.az

D
demokrat.az