Dünya Özəl

Vasilyev: "Moskva İrəvanın KTMT-də iştirakı ilə bağlı qərar verməsini gözləyir"

Vasilyev: Moskva İrəvanın KTMT-də iştirakı ilə bağlı qərar verməsini gözləyir

Demokrat.az RİA Novosti-yə istyinadən xəbər verir ki, Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev Moskvanın İrəvanın KTMT-də iştirakı ilə bağlı qərar qəbul etməsini gözləyir.

"Rusiya tərəfinin erməni tərəfdən hansı hərəkətləri gözlədiy" sualına o, belə cavab verib: "Qərar verilməlidir onlar təşkilatda qalırlar, yoxsa başqa ssenariyə üstünlük verirlər".

"Onlar bu barədə bizə məlumat verməlidirlər", - deyə Vasilyev bildirib.

Xatırladırıq ki, bundan əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Ermənistanın gələcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün təşkilat rəhbərliyi tərəfindən hərtərəfli müzakirə olunacağını bəyan etmişdi.

Alparslan Demokrat.az

D
demokrat.az