Bakı küçələrində faciənin astanasından dönülüb.
Demokrat.az bildirir ki, sosial şəbəkədə paylaşılan kadrlar qısa müddətdə geniş kütlənin diqqətini çəkib. Paytaxtın sıx küçələrindən birində qəza vəziyyəti yaranıb. Çoxsaylı nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazidə faciə son anda sovuşub. Hadisə anı anbaan kameraya düşüb.
Görüntülər internetdə minlərlə baxış toplayıb. İstifadəçilər yollarda diqqətli olmağın vacibliyini qeyd ediblər. Sürücünün anlıq çevik reaksiyası böyük bədbəxtliyin qarşısını alıb. Belə ki, o skuterlə maşının qabağına çıxan uşağı vaxtında görüb.
@.revan021 #keşfet ♬ orijinal ses - DMR.057
Yollarda yaranan oxşar vəziyyətlər çox vaxt ağır qəzalara yol açır.
Rəsmi statistika da yollarda diqqətsizliyin ən böyük qəza səbəbi olduğunu göstərir. Məhəllələrarası sürət həddini aşmaq riski kəskin artırır.
İsmayıl Demokrat.az


