Maraqlı Özəl

İyul ayında bürcləri nə gözləyir? — Bəxt Xərçənglərin üzünə güləcək, Şirlər isə...

İyul ayında bürcləri nə gözləyir? — Bəxt Xərçənglərin üzünə güləcək, Şirlər isə...

Astroloqların proqnozuna görə, 2026-cı ilin iyul ayı bütün bürclər üçün ümumilikdə əlverişli olacaq. Xərçənglər bəxtin sevimlisinə çevriləcək, Şirlər isə gündəlik qayğılardan uzaqlaşaraq daha rahat dövr yaşayacaqlar.

Demokrat.az xəbər verir ki, astroloq Liliya Lyubimova iyul ayında ulduzların hansı tendensiyaları formalaşdıracağını və hər bürcü nələrin gözlədiyini açıqlayıb.

İyulun əsas astroloji tarixləri

6–12 iyul tarixlərində ulduzlar insanları iri alış-verişlərə sövq edə bilər. Astroloqun sözlərinə görə, bu dövrdə seçim şəxsi ehtiyaclarla ailə üçün vacib olan alış arasında olarsa, ikinci varianta üstünlük vermək daha məqsədəuyğundur.

Maliyyə qərarlarının təkbaşına verilməsi də tövsiyə edilmir. Bu məsələlərdə tərəfdaşın və ya ailə üzvlərinin fikrini nəzərə almaq impulsiv addımların qarşısını ala bilər.

19 iyul tarixində Xiron Buğa bürcünə keçir. Astroloji baxımdan Xiron keçmiş yaraların sağalması, çətinliklərdən doğan daxili güc və gizli potensialla əlaqələndirilir. Buğa bürcü isə sabitlik, maddi rifah və rahatlıq simvolu hesab olunur.

Liliya Lyubimovanın sözlərinə görə, bu keçid insanları daha çox kompromisə meyilli edəcək:

“İnsanlar arasında razılaşmaq daha asan olacaq. Diplomatiya ön plana çıxacaq, başqalarının maraqlarını nəzərə almaq və onları dinləmək vacib olacaq”.

Astroloq həmçinin valideynlərlə və uşaqlarla münasibətlərə, biznes məsələlərinə və şəxsi maraqlarla tərəfdaş maraqları arasında balansın qorunmasına xüsusi diqqət yetirməyi tövsiyə edir.

29 iyun – 23 iyul tarixlərində Merkurinin retroqrad hərəkəti davam edəcək.

30 iyundan avqustun sonuna qədər isə Yupiter Şir bürcünə daxil olacaq. Bu kombinasiya nikbinlik, yumor hissi və yüksək əhval-ruhiyyə gətirəcək. Astroloqun fikrincə, Yupiterin təsiri retroqrad Merkurinin mənfi təsirlərini əhəmiyyətli dərəcədə zəiflədəcək.

Bürclər üzrə iyul proqnozu

Qoç

İyul hadisələrlə zəngin və məhsuldar olacaq. Karyera sahəsində yüksəliş, biznesdə isə gəlirlərin artması ehtimalı var. Yeni layihələrə başlamaq üçün əlverişli dövr hesab olunur.

Buğa

Buğalar üçün rahat və sakit bir mərhələ başlayır. İyun ayının gərginliyi geridə qalacaq. İyul özünüzə vaxt ayırmaq, dincəlmək və daxili tarazlığı bərpa etmək üçün münasib zamandır.

Əkizlər

Qısa səfərlər, işgüzar görüşlər və gözlənilməz ezamiyyətlər gündəmdə olacaq. Gərgin qrafik bəzi münaqişələr yarada bilər. Uğurun açarı çeviklik, yumor hissi və problemlərə yüngül yanaşmaq olacaq.

Xərçəng

İyul Xərçənglər üçün ən uğurlu aylardan biri olacaq. Enerji və motivasiya yüksək səviyyədə olacaq. Lakin böyük layihələrdən daha çox gündəlik işlərə və ev həyatına diqqət yetirmək tövsiyə edilir.

Şir

Şirlər üçün ay xoş sürprizlər və yeni imkanlarla yadda qalacaq. Həm işdə, həm də şəxsi həyatda uğurlu hadisələr baş verə bilər. İntuisiya və insanlarla münasibətlər əsas üstünlüklərə çevriləcək.

Qız

Ay sakit və sabit keçəcək. Böyük dəyişikliklər gözlənilmir. Astroloqlar xüsusilə emosional və düşünülməmiş alış-verişlərdən çəkinməyi tövsiyə edirlər.

Tərəzi

İş həyatında fəallıq artacaq. Bununla belə, retroqrad Merkurinin təsiri səbəbindən sənədlər və müqavilələrlə bağlı məsələlərdə diqqətli olmaq vacibdir. Əhəmiyyətli imzalar və danışıqların 24 iyuldan sonraya saxlanılması məsləhət görülür.

Əqrəb

Əqrəblər üçün istirahət vaxtı yetişib. Daim nəzarət etmək və işləmək istəyi güclü olsa da, ulduzlar enerjini bərpa etmək üçün fasilə verməyi tövsiyə edir.

Oxatan

Səyahətlər və yeni təəssüratlar üçün əla dövrdür. Xaricə səfərlər xüsusilə uğurlu ola bilər. Ailə ilə vaxt keçirmək də əlavə enerji və motivasiya verəcək.

Oğlaq

Oğlaqlara hadisələrin axarına qarşı getməmək tövsiyə olunur. İş varsa işləmək, yoxdursa qısa istirahət etmək daha doğru seçim olacaq. Hazırda uğur daha çox Xərçənglərin tərəfində olsa da, Oğlaqlar üçün də yeni imkanlar yaxınlaşır.

Dolça

Dolçalar öz bacarıqlarını nümayiş etdirmək və diqqət mərkəzində olmaq istəyəcəklər. Bununla belə, özünüifadə ilə eqosentrizm arasında balansı qorumaq vacibdir.

Balıqlar

İyul Balıqlar üçün ev və məişət işləri ilə əlaqədar olacaq. Bağ sahəsi, ev təmiri və ya gündəlik qayğılar ön plana çıxacaq. Təbiətdə tək qalmaq və sakitlikdən zövq almaq daxili harmoniyanı bərpa etməyə kömək edəcək.

Jalə Demokrat.az

D
demokrat.az