Dünya

Azərbaycanlı keçmiş diaspor lideri vəfat etdi

Azərbaycanlı keçmiş diaspor lideri vəfat etdi

Rusiyanın Kurqan şəhərində Trans-Ural azərbaycanlılarının tanınmış ictimai xadimi, Trans-Ural azərbaycanlıları Birliyinin keçmiş sədri Ərşad Cuvarlinski 70 yaşında vəfat edib.

Yaxınlarının sözlərinə görə, Ərşad Cuvarlinski uzun sürən xəstəlikdən sonra iyunun 20-də dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, vida mərasiminin nə vaxt və harada keçiriləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, o, 2003–2007-ci illərdə "Araz" Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik edib.

Daha sonra Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri vəzifəsini icra edib.

Mərhum, həmçinin 2002–2024-cü illər ərzində, ümumilikdə 22 il Trans-Uraldakı Azərbaycan diasporuna rəhbərlik edib. (lent.az)

Demokrat.az

D
demokrat.az