Hadisə

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölümü qeydə alınıb.

Ötən gecə qeyd olunan xəstəxanada müalicə alan 1957-ci il təvəllüdlü Rahim Əliyev və kimliyi bilinməyən bir şəxs ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da oarada ölüb. (APA)

Demokrat.az

D
demokrat.az