Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Demokrat.azxəbər verir ki, araşdırmalar nəticəsində həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.
xxx
Heydər Əliyev prospektində çəkilən görüntülər müzakirələrə səbəb olub.
Demokrat.az bildirir ki, videoda motosiklet sürücüsünün azyaşlını dəbilqəsiz gəzdirməsi əks olunub.
Kadrları arxadakı avtomobilin sürücüsü mobil telefonla videoya çəkib.
Qeyd edək ki, həmin sürücü də sükan arxasında mobil telefondan istifadə etməklə qaydaları pozub.
View this post on Instagram İsmayıl Demokrat.az


