Dünya Özəl

Yanacaq böhranı Sibirə çatdı: Benzin növbəsi kilometrlərlə uzanır — VİDEO

Yanacaq böhranı Sibirə çatdı: Benzin növbəsi kilometrlərlə uzanır — VİDEO

Rusiya neftinin böyük bir hissəsinin çıxarıldığı Sibir regionunda yanacaqdoldurma məntəqələrində əvvəlcə benzinin qiyməti qalxıb, daha sonra isə satışı ümumiyyətlə dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu haqda sibirli rus bloqer məlumat yayıb.

Materialda nəhıng Sibir bölgəsinin bütün şəhərlərindəki YDM-lərdə sürücülər uzun növbələrə dayanıblar. Hətta bəzi yerlərdə sürücülər arasında benzinə görə əlbəyaxa dava da düşüb.

Xatırladırıq ki, bunlara səbər Ukrayna dronlarının son bir neçə ayda Rusiyanın ən iri neft emalı zavodlarını vurması səbəb olub.

Sibirdə çəkilmiş həmin kadrları oxucularımıza təqdim edirik:

Alparslan Demokrat.az

NE
Nihadə Eyyubova