“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları Dərnəgüldə də dayanır.
Demokrat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
“Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur”, deyə məlumatda qeyd olunub.


