Kriminal Özəl

Bakıda qadın evi yaxşı təmizləmədiyinə görə döyüldü

Bakıda qadın evi yaxşı təmizləmədiyinə görə döyüldü

Bakının Sabunçu rayonunda ər ev işləri üstündə yaranan mübahisə zamanı həyat yoldaşına ağır xəsarətlər yetirib. Maştağa qəsəbəsində qeydə alınan hadisə ilə bağlı cinayət işi açılıb.

Demokrat.az xəbər verir ki, Lerik sakini olan Ramazan fərdi yaşayış evində arvadı Dürdanəni döyüb. Hadisə ailə-məişət zəminində baş verib. Mübahisəyə qadının ev işlərini lazımi qaydada görməməsi səbəb olub. Ər qəsdən arvadının boğazını sıxaraq ona fiziki ağrı yetirib. Daha sonra əl zərbələri ilə qadına müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı təqsirkar şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsində işə baxılan zaman zərərçəkmiş qadın rəsmi ərizə verib. O, əri ilə barışdığını bildirib. Qadın dəymiş ziyanın tam ödənildiyini qeyd edib. Dürdanə ərindən şikayətçi olmadığını məhkəmənin diqqətinə çatdırıb. Hakim Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq qərar verib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsindəki cinayət təqibinə tam xitam verilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az