Bakının Sabunçu rayonunda ər-arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Fərhad yaşadıqları evin yataq otağında ailə məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Mərcanın (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Fərhad bildirib ki, təxminən 8 ildir Mərcan ilə ailə həyatı qurub:
“Həmin nikahdan 2 övladımız var. Ailə həyatı qurduqları dövrdən indiyə qədər Mərcan ilə aramızda sözlə mübahisələr olub. Sonuncu dəfə məlum hadisə günü, gecə saat 02:30-da evdə yatarkən yuxudan oyandım. Qonaq otağına gəldim və həyat yoldaşım Mərcana mənə məxsus olan mobil telefon vasitəsilə icazəm olmadan qardaşım Fuada yazdığı ismarıca cavab verdiyinə görə əsəbiləşdim və ondan mobil telefonuma niyə icazəsiz dəydiyini soruşdum. O, mənə yatdığım üçün ismarıca cavab verdiyini dedi. Mən də Mərcanın cavabından sonra daha da əsəbiləşdim. Onun bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri endirərək onu döydüm”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Fərhad 1500 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


