İsveçdə İran və ABŞ arasında danışıqların proqramı məlum olub.
Demokrat.azxəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
İsmayıl Bəqai deyib ki, bu gün səhər saatlarında İsveçdə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər təşkil olunacaq: “Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək”.
Demokrat.az


