Maqazin dünyasında gözlənilməz evlilik xəbəri gündəmə gəlib. İş insanı Ali Ağaoğlunun uzun illərdir birlikdə olduğu, 2007-ci il Miss Model of Turkey qalibi Bige Yıldırımer ilə xaricdə nikah bağladığı məlum olub.
Demokrat.az xəbər verir ki, 72 yaşlı Ali Ağaoğlu ilə özündən 36 yaş kiçik Bige Yıldırımerin evlilik xəbəri cütlüyün sosial media paylaşımlarından sonra təsdiqlənib. Yıldırımer birlikdə çəkilən fotolarını paylaşaraq münasibətlərinin yeni mərhələyə keçdiyini açıqlayıb.
Cütlük bildirib ki, uzun müddətdir qoruduqları münasibətlərini son xarici səfərləri zamanı rəsmiləşdirmək qərarına gəliblər. Onlar bu xəbəri iyunun sonunda ailələri və yaxın dostları ilə keçirəcəkləri kiçik mərasimdə açıqlamağı planlaşdırıblar.
Lakin evlilik xəbərinin mediaya sızması onların planlarını dəyişib. Bige Yıldırımer paylaşımında bu xoş xəbəri izləyiciləri ilə bölüşməkdən məmnun olduğunu qeyd edib.
Evlilikdən sonra Yıldırımerin soyadını Ağaoğlu olaraq dəyişməsi də diqqət çəkib.
Leyla Demokrat.az


