Dünya

Trampdan ABŞ-İran görüşü ilə bağlı açıqlama: “Geri çəkilən tərəf İran oldu”

Trampdan ABŞ-İran görüşü ilə bağlı açıqlama: “Geri çəkilən tərəf İran oldu”

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran nümayəndələri arasında keçirilməsi planlaşdırılan görüşün baş tutmamasına görə Tehranın məsuliyyət daşıdığını bildirib.

Demokrat.az xəbər verir ki,Tramp sosial şəbəkə hesabında yayımladığı açıqlamada görüşdən imtina edən tərəfin Vaşinqton olmadığını qeyd edib.

“Görüşdən geri çəkilən biz deyilik, İrandır. Onlar məğlub oldular”, – deyə ABŞ Prezidenti bildirib.

Ağ Ev rəhbəri eyni zamanda ABŞ-İran danışıqları üçün nəzərdə tutulan 60 günlük müddət çərçivəsində razılaşmaya əməl etməyə hazır olduqlarını vurğulayıb.

Tramp bildirib ki, prosesin necə davam edəcəyinə ABŞ qərar verəcək və İrana heç bir maliyyə dəstəyi göstərilməyəcək.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətlərinin iyunun 19-da İsveçrədə görüşməsi planlaşdırılırdı. Tərəflərin mübahisəli məsələlərlə bağlı razılaşmanı rəsmiləşdirməsi gözlənilsə də, sonradan görüşün formatı dəyişdirilib və yekunda danışıqların keçirilməsi təxirə salınıb.

Demokrat.az

NE
Nihadə Eyyubova