Şou-biznes Özəl

Məhkəmə məşhur müğənni ilə bağlı qərar verdi — 70 milyon cərimə (FOTO)

Məhkəmə məşhur müğənni ilə bağlı qərar verdi — 70 milyon cərimə (FOTO)

Məşhur türk müğənni Haluk Leventlə bağlı məhkəmə qərarı verilib.

Demokrat.az xəbər verir ki, İstanbul Anadolu 24-cü İcra Cəza Məhkəməsində baxılan iş üzrə Haluk Levent iki ayrı qarşılıqsız çek əməliyyatına görə təxminən 70 milyon lirə məbləğində cərimələnib. Məhkəmə həmçinin onun çek tərtib etməsini və çek hesabı açmasını qadağan edib.

Ötən il təqdim etdiyi iki ayrı çekin qarşılıqsız çıxması səbəbindən şikayət olunan tanınmış sənətçinin işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkən tərəf və vəkillər iştirak ediblər. İclas zamanı bildirilib ki, iş materiallarında yer alan və qarşılıqsız hesab edilən çeklərin ümumi məbləği təxminən 70 milyon lirə təşkil edir.

Məhkəmə heyəti qərarını açıqlayaraq Haluk Levent barəsində tətbiq olunan sanksiyaları elan edib. Sənətçi 30 iyun 2025-ci il tarixində tərtib olunmuş çeklə bağlı “çek üzrə qarşılıqsız əməliyyatın aparılmasına səbəb olmaq” ittihamı ilə 50 milyon 83 min lirə məbləğində cəriməyə məhkum edilib.

Eyni məhkəmə 20 may 2025-ci il tarixində tərtib edilmiş digər çeklə bağlı da Haluk Leventə eyni ittiham üzrə 19 milyon 987 min lirə məbləğində cərimə tətbiq edib.

Verilən maliyyə sanksiyaları ilə yanaşı, məhkəmə Haluk Leventin çek tərtib etməsi və çek hesabı açması hüququnun məhdudlaşdırılması barədə də qərar çıxarıb.

Məhkəmə məşhur müğənni ilə bağlı qərar verdi — 70 milyon cərimə (FOTO)

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova