Kriminal Özəl

Həm arvadına xəyanət etdi, həm də döydü — Məhkəmə

Həm arvadına xəyanət etdi, həm də döydü — Məhkəmə

Bakının Nərimanov rayonunda 26 yaşlı oğlan qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadığı mənzildə baş verib. 2000-ci il təvəllüdlü Taleh başqa bir qadınla münasibət qurması və danışması həyat yoldaşı Esmiranın (adlar şərtidir – red.) etirazına səbəb olub.

Məlum hadisə günü Esmira ərinin mobil telefonuna baxıb və Talehin başqa bir qadınla yazışmasını görüb. Bundan yenidən qəzəblənən Taleh arvadına qarşı şiddət göstərib.

Qısqanclıq zəminində yaranan mübahisə zamanı Taleh arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkən də ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü iləCinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova