Maraqlı Özəl

Dünyanı heyrətə salan təcrübə — Keçilərin gizli qabiliyyəti üzə çıxdı

Dünyanı heyrətə salan təcrübə — Keçilərin gizli qabiliyyəti üzə çıxdı

Elm adamlarını təəccübləndirən yeni bir araşdırma keçilərin düşündüyündən daha mürəkkəb idrak qabiliyyətlərinə sahib ola biləcəyini ortaya çıxarıb.

Demokrat.az xəbər verir ki, Sürix Universitetindən tədqiqatçılar tərəfindən aparılan araşdırmada keçilərin insanlardan gələn kommunikasiya siqnallarını anlama və qiymətləndirmə bacarığı baxımından itlərə bənzər idrak qabiliyyətlərinə malik ola biləcəyi müəyyən edilib.

Araşdırma çərçivəsində iki vedrə taxta pərdənin arxasına yerləşdirilib və keçilər əvvəlcə bu quruluşa öyrəşdirilib. Daha sonra tədqiqatçılar heyvanların görmədiyi şəkildə vedrələrdən birinə çiy makaron qoyublar. Elm adamlarından biri pərdənin arxasında üç fərqli davranış nümayiş etdirib: yeməyin olduğu istiqamətə həyəcanlı səslə danışmaq, səssiz qalmaq və ya əks istiqamətə baxaraq fərqli yönə danışmaq. Daha sonra sərbəst buraxılan keçilərin hansı vedrəyə yönəldiyi qeydə alınıb.

Ümumilikdə 29 keçinin iştirak etdiyi və hər birinin 12 dəfə sınaqdan keçirildiyi təcrübədə, keçilər tədqiqatçının yeməyin olduğu istiqamətə yönəlmiş səs siqnalı verdiyi hallarda təxminən 60 faiz düzgün seçim edib. Səssizlik və yanlış istiqamətə yönəlmiş səs hallarında isə bu göstərici müvafiq olaraq 47 və 49 faiz olub.

Tədqiqatçılar bu davranışı “səsli işarə etmə” kimi izah edərək, insanların istiqamət göstərmə davranışına bənzər bir kommunikasiya forması ola biləcəyini bildiriblər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova