Bakının Sabunçu rayonunda 25 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Fəhmin evlərinin mətbəxində həyat yoldaşı Turanə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman o, Turanənin onunla kobud danışmasını səbəb gətirərək aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun qollarına vurub, sağ qolunu dişləyib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Fəhminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində aparılan cinayət təqibinə xitam verilib.
Demokrat.az


