Hadisə

Bakıda tanınmış redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlandı — FOTO

Bakıda tanınmış redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlandı — FOTO

Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

Demokrat.azxəbər verir ki, T.Aydınoğlu “report”a açıqlamasında məlumatı təsdiqləyib.

Hadisə yanvarın 28-i saat 18:45 radələrində, Nəsimi rayonunda yerləşənpaytaxtın məşhur marketlərindən birində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm.

Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub:

“Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır.

Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az