"Azərbaycanda qadın geyim sektorunun aparıcı təmsilçilərindən olan "SARA" brendi mağazalar şəbəkəsini genişləndirməkdə davam edir. Şəbəkə paytaxtda və regionlarda kiçik, həmçinin böyük ölçülü geyimlərin satışı üzrə müştərilərə geniş çeşidlər təqdim edir".
Demokrat.az xəbər verir ki, bunu "SARA" brendinin direktoru Ziyafət Hüseynov saytımıza açıqlamasında bildirib.
O qeyd edib ki, brend ölkə daxilində fərqli ünvanlarda aktiv xidmət göstərir. Alıcılar Nərimanov və İnşaatçılar metro stansiyalarının yaxınlığında, Bakıxanov qəsəbəsində, Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən mağazalara müraciət edə bilərlər.
Brendin direktoru Ziyafət Hüseynov şirkətin fəaliyyəti və gələcək hədəfləri barədə danışıb. O qeyd edib ki, müəssisə daxili bazarda uzunmüddətli uğurlu inkişaf yoluna malikdir.
"Azərbaycanda 35 illik fəaliyyət təcrübəmiz var. Biz yüksək keyfiyyəti, peşəkar istehsalı və müasir dizayn prinsiplərini birləşdiririk. İstehsalatda 300 nəfərə yaxın işçi heyəti çalışır. Baş icraçılarımız isə Türkiyədən dəvət olunmuş mütəxəssislərdir"
Müəssisə rəhbərliyinin sözlərinə görə 35 illik təcrübə minlərlə modelin hazırlanması və güclü istehsal sistemi deməkdir:
"Brend bu illər ərzində formalaşan müştəri etimadı ilə bazarda mövqeyini daha da möhkəmləndirib. Şirkət keyfiyyətli xidmət standartlarını qoruyaraq müştəri məmnuniyyətini əsas prioritet hesab edir".
Qeyd edək ki, "SARA" brendinin kolleksiyaları ilə yaxından tanış olmaq istəyənlər sara.baku instaqram səhifəsini izləyə bilərlər. Əlaqə üçün ünvanlar üzrə fərqli telefon nömrələri də aktiv fəaliyyət göstərir.
Nərimanov m/s. 050-822-99-88 İnşaatçılar m/s 050-822-99-77 Bakıxanov qəs. 050-822-99-01 Sumqayıt 2-ci M/R 050-822-99-04 www.instagram.com/sara.baku












Kənan Demokrat.az


