Milli mətbəxin fərqli dadlarından olan vişnə qovurmalı toyuq turşməzə dadı ilə seçilir. Bu xörək həm ailə şam yeməklərində, həm də qonaq masalarında bəyənilən təamlar sırasındadır.
Həm dadı, həm rahat hazırlanması yeməyi yay mövsümümünün sevimlisinə çevirir.
Yeməyin əsasını toyuq əti, çərdəksiz vişnə və bol soğan təşkil edir. Hazırlanma qaydasına görə, əvvəlcə toyuq tikələri kərə yağında qızılı rəng alana qədər qızardılır. Daha sonra həmin yağda doğranmış soğanlar yumşalana qədər qovrulur və üzərinə təzə və ya dondurulmuş vişnələr əlavə edilir. Vişnə şirəsini saldıqdan sonra toyuq əti yenidən tavaya qaytarılır və zəif odda 20 dəqiqə bişirilir.
Vişnə çox turş olduqda qovurmaya bir qədər şəkər tozu əlavə etməyi tövsiyə edilir.
Bu dadlı xörək əsasən dəmə qoyulmuş plovun yanında və ya müstəqil yemək kimi süfrəyə verilir.
Aytən Demokrat.az


