Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri psixi sağlamlığı qorumaq və əhval-ruhiyyəni qaldırmaq üçün olduqca bəsit bir üsul kəşf ediblər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan və "British Journal of Nutrition" jurnalında dərc olunan yeni araşdırmaya görə, hər gün müntəzəm olaraq cəmi bir stəkan 100% təbii meyvə şirəsi və ya smuzi qəbul etmək depressiya simptomlarını nəzərəçarpacaq dərəcədə azaldır.
Tədqiqat çərçivəsində gündəlik rasionunda meyvə-tərəvəz az olan yetkin şəxslərin qidalanma vərdişləri bir ay boyunca xüsusi nəzarətdə saxlanılıb. Sonda bəlli olub ki, rasionuna hər gün cəmi bir stəkan təbii şirə əlavə edənlərin depressiya şkalası üzrə göstəriciləri digərlərinə nisbətən kəskin şəkildə aşağı düşüb. Alimlər meyvələrin tərkibindəki güclü antioksidantların və flavonoidlərin beyində qan dövranını stimullaşdıraraq insanın emosional vəziyyətinə birbaşa müsbət təsir göstərdiyini müəyyən ediblər.
Həkimlər qeyd edirlər ki, meyvənin özünü yeməkdə çətinlik çəkənlər və ya vaxt tapanmayanlar üçün bu üsul depressiya ilə mübarizədə həm ucuz, həm də ən əlçatan pəhriz dəyişikliyidir.
Jalə Demokrat.az


