Maraqlı Özəl

Manqalda bişirilən qidalar haqqında gizli fakt: Sağlam qalmaq istəyənlər mütləq oxusun

Manqalda bişirilən qidalar haqqında gizli fakt: Sağlam qalmaq istəyənlər mütləq oxusun

Yay mövsümünün gəlişi ilə əksər insanların üstünlük verdiyi manqal yeməklərinin əslində sağlamlıq üçün unikal faydaları üzə çıxıb. Dünyanın məşhur kulinariya və sağlam qidalanma platformaları manqalda bişirilən yeməklərin bədənə təsirləri barədə xüsusi araşdırma yayımlayıb.

Demokrat.az xəbər verir ki, mütəxəssislər yüksək odda və birbaşa qril üzərində hazırlanan qidaların yağ tərkibinin minimuma endiyini bəyan ediblər. Qızartma və ya digər yağlı üsullarla müqayisədə, manqalda bişən ət, toyuq və tərəvəzlər öz təbii vitaminlərini, eləcə də minerallarını daha yaxşı qoruyub saxlayır.

Diyetoloqların fikrincə, sağlam rasion qurmaq istəyənlər üçün xüsusilə toyuq şaşlığı, dəniz məhsulları və qril edilmiş mövsüm tərəvəzləri ideal alternativdir. Manqal üsulu əlavə bitki və ya heyvan mənşəli yağlardan istifadəni məhdudlaşdırdığı üçün ürək-damar sisteminin fəaliyyətinə də müsbət təsir göstərir.

Ekspertlər qeyd edirlər ki, bu növ qidalanma həm çəkini tənzimləməyə kömək edir, həm də bədənin gündəlik protein ehtiyacını ən təmiz formada qarşılayır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova