Astroloqların açıqlamalarına görə, iyun ayının ikinci yarısı bəzi bürclər üçün uğurlu hadisələr və yeni imkanlarla yadda qala bilər.
Demokrat.az xəbər verir ki, planetlərin mövqeyi xüsusilə üç bürcün nümayəndələrinə həm maliyyə, həm də şəxsi həyat sahəsində əlverişli şərait vəd edir.
Əkizlər
Əkizlər bürcü nümayəndələri qarşıdakı günlərdə karyera və biznes sahəsində mühüm fürsətlərlə qarşılaşa bilərlər. Uzun müddətdir nəticə gözlənilən layihələrin uğur qazanması, yeni əməkdaşlıqların qurulması və maraqlı təkliflərin alınması ehtimalı artır. Maliyyə baxımından da müsbət dəyişikliklərin baş verməsi gözlənilir.
Tərəzi
Astroloqlar bildirirlər ki, son vaxtlar maliyyə çətinlikləri yaşayan Tərəzilər üçün daha sabit və rahat dövr başlayır. Gözlənilən gəlirlərin əldə olunması, maaş artımı və ya maliyyə məsələlərinin həlli gündəmə gələ bilər. Bununla yanaşı, şəxsi münasibətlərdə anlaşma və harmoniya ön plana çıxacaq.
Oxatan
İyunun sonuna doğru ən şanslı bürclərdən biri də Oxatan hesab olunur. Astroloqların sözlərinə görə, bu bürcün nümayəndələri təhsil, karyera, biznes və xarici əlaqələrlə bağlı sahələrdə yeni imkanlar əldə edə bilərlər. Son aylarda ləngiyən planların reallaşması üçün əlverişli şərait yaranacağı bildirilir.
İsmayıl Demokrat.az


