Hadisə

Türkiyədə yenidən güclü zəlzələ olub

Türkiyədə yenidən güclü zəlzələ olub

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.

Demokrat.az xəbər verir ki, məlumatı Kandilli Rəsətxanası yayıb.

Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib.

Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 11.8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələ İzmir bölgəsində də hiss olunub.

D
demokrat.az