Son günlər sosial şəbəkələrdə “Son zəng” tədbirləri ilə əlaqədar məzunlara sürücülük hüququ olmadan avtomobil təqdim edilməsi ilə bağlı elanların sayı artıb. Bəzi səhifələr məzunlar üçün xüsusi avtomobil icarəsi xidmətləri təklif edir.
Avtomobil icarəyə verən şəxslər bildirirlər ki, artıq yol polisi tərəfindən onlara bu məsələ ilə bağlı xəbərdarlıq edilib.
Məlumata görə, “Son zəng” tədbirləri ilə əlaqədar məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim edilməsi halları aşkar olunarsa, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən məsuliyyət tədbirləri görüləcək.
Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsini sürücülük hüququ olmayan şəxsə idarə etmək üçün verən hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilə bilər.
Qeyd edək ki, mövzu ilə bağlı “ARB Xəbər”də süjet yayımlanıb.
Ətraflı reportajda:
Demokrat.az


