Kriminal Özəl

Döyülən qadın hakim qarşısında ərini bağışladı

Döyülən qadın hakim qarşısında ərini bağışladı

Bakının Xəzər rayonunda 55 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Xaşa-Xuna bağlar massivində baş verib. Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Eldar birgə yaşadıqları evdə arvadı İlhamə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü stəkanı arvadının bel nahiyəsindən bir dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.

Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittihamedici hökm çıxarmayıb.

Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova