Maraqlı Özəl

Bu üsulla restorana getməyə ehtiyac qalmayacaq: Tavada cəmi 5 dəqiqəyə əsl pizza hazırlayın!

Bu üsulla restorana getməyə ehtiyac qalmayacaq: Tavada cəmi 5 dəqiqəyə əsl pizza hazırlayın!

Ev şəraitində, sadə bir tavadan istifadə edərək restoran keyfiyyətində, xırtıldayan və ləzzətli "Marqarita" pissası hazırlamaq mümkündür.

Demokrat.az xəbər verir ki, beynəlxalq kulinariya ekspertləri əsl italyan pissasının ən asan və sınanmış ev reseptini təqdim ediblər. Bu reseptlə 5-6 ədəd fərdi pissa hazırlaya bilərsiniz.

Lazım Olan Ərzaqlar:

Xəmir üçün: 850 qram un ("00" tipli un məsləhətdir), 500 ml otaq temperaturunda su, 5 qram duz və 5 qram təzə maya.

Sous üçün: 1 banka keyfiyyətli soyulmuş pomidor, bir çimdik duz və 5 ədəd təzə reyhan yarpağı.

Üzəri üçün: 3 ədəd mocarella pendiri (kürə şəklində), təzə reyhan yarpaqları, parmezan pendiri və zeytun yağı.

Hazırlanma Mərhələləri:

Xəmirin yoğrulması: Mayanı suda tam həll edin. Geniş bir qabda un, su və duzu qarışdırıb masanın üzərinə tökün. Tam elastik və hamar xəmir alınana qədər 15 dəqiqə yaxşıca yoğurun. Xəmiri 15 dəqiqə dincəlməyə buraxın.

Mayalanma: Xəmiri 220-260 qramlıq kündələrə bölüb möhkəm bükün. Qaba düzüb üzərini sellofan və dəsmalla örtərək otaq temperaturunda 12-24 saat ərzində gözlədin.

Sousun hazırlanması: Pomidorları, duzu və reyhanı blenderə tökün. Cəmi bir neçə saniyə qarışdırın; sous tam püre yox, bir az dənəvər qalmalıdır.

Bişirilməsi: Böyük bir yapışmaz tavanı yüksək odda qızdırın, eyni zamanda sobanın üst qrilini (spiralları) öncədən yandırın. Kündəni əlinizlə dairəvi şəkildə dartaraq açın və isti tavanın dibinə yerləşdirin.

Yığılması: Xəmirin üzərinə bol pomidor sousu yayın (kənarlarında boşluq saxlayın). Üzərinə rəndələnmiş parmezan səpin, 2-3 ədəd reyhan yarpağı düzün və mocarella pendirini əlinizlə parçalayaraq əlavə edib bir az zeytun yağı gəzdirin.

Son mərhələ: Pissanın alt hissəsi tavada tam qızarana qədər bişirin, sonra tavanı dərhal sobanın qril hissəsinin altına qoyub üzərini 1-2 dəqiqə qızardın.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova