Məşhur aktyor Cezmi Baskın illərdir yaddan çıxmayan "Akasya Durağı" serialı haqqında diqqətçəkən bəyanat verib. Ekran işində "Usman ağa" obrazını canlandıran sənətçi bu layihəni unutmaq istədiyini vurğulayıb.
Demokrat.az xəbər verir ki, təcrübəli aktyor “Akasya Durağı”ndan bezmişəm, unutmaq istədiyim işlərdən biridir” sözləri ilə hisslərini ifadə edib. Son günlərdə serialın yenidən çəkiləcəyi barədə gəzən şayiələrə toxunan sənətçi “Eşitdim ki, serialın yeni versiyası çəkiləcək. Amma daş öz yerində ağırdır, ilk çəkilən variant həmişə ən yaxşısı olacaq” deyə qeyd edib.
Qeyd edək ki, bir neçə ay əvvəl layihənin sentyabr ayında "Akasya Durağı Yenidən" adı ilə ekranlara qayıdacağı barədə məlumat verilmişdi.
Demokrat.az


