Maraqlı Özəl

Milyonlarla insanın etdiyi səhv: Niyə pərdələri tam bağlamaq olmaz?

Milyonlarla insanın etdiyi səhv: Niyə pərdələri tam bağlamaq olmaz?

Bir çox insanlar yatmazdan əvvəl yataq otağını işıqdan və kənar səslərdən qorumaq üçün pərdələri tam bağlayırlar. Lakin mütəxəssislərin fikrincə, bu yanaşma hər zaman keyfiyyətli yuxu və rahat oyanış üçün ən doğru seçim deyil.

Demokrat.az xəbər verir ki, bu barədə “NLC” materialında qeyd olunur.

Məqalədə bildirilir ki, orqanizmin təbii oyanma prosesi birbaşa səhər işığı ilə əlaqəlidir. Gün işığı beyinə yeni günün başladığını siqnal verir və bu da insanın daha asan oyanmasına və tez gümrahlaşmasına kömək edir.

Əgər pərdələr tam aşağı salınarsa, otaq günəş çıxdıqdan sonra belə qaranlıq qalır. Nəticədə oyanmaq çətinləşir və yorğunluq hissi daha uzun sürə bilər.

Buna görə mütəxəssislər pərdələrin tam bağlanmamasını, aşağı hissədə bir neçə santimetrlik kiçik boşluq saxlanmasını tövsiyə edirlər. Bu, otağın səhər saatlarından etibarən tədricən təbii işıqla dolmasına imkan yaradır.

Digər bir üstünlük isə xüsusilə isti mövsümdə özünü göstərir. Qismən qaldırılmış pərdələr hava dövranını yaxşılaşdırır və gecə sərinliyinin otağa daxil olmasına kömək edir. Gün ərzində isə əksinə, günəş şüalarının mənzili qızdırmasının qarşısını almaq üçün pərdələrin mümkün qədər aşağı salınması məsləhət görülür.

Eyni zamanda, bəzi insanlar üçün hətta minimal işıqda yatmaq da narahatlıq yarada bilər. Tam qaranlığı üstün tutanlar üçün alternativ olaraq işıqlı zəngli saatlar tövsiyə olunur. Bu cihazlar gün doğumunu imitasiya edərək siqnal verməzdən əvvəl işıq intensivliyini tədricən artırır. Bu üsul gecə otağın tam qaranlıq qalmasına imkan verir, səhər isə orqanizmə daha təbii oyanma siqnalı verir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova