Şou-biznes Özəl

10 məşhurun narkotik testinin nəticəsi müsbət çıxıb: Siyahıda Mabel Matiz və Yağmur Ünal da var

10 məşhurun narkotik testinin nəticəsi müsbət çıxıb: Siyahıda Mabel Matiz və Yağmur Ünal da var

Bakırköy Respublika Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində Ədli Tibb Qurumuna qan, sidik və saç nümunələri təqdim edən məşhurların analiz nəticələri məlum olub. Aralarında Mabel Matiz, Volkan Bahçekapılı, Aslıhan Turanlı, Yağmur Ünal və Semiha Bezek də olmaqla 10 nəfərin narkotik testi müsbət nəticə verib. Aparılan analizlərdə onların əksəriyyətinin saç və sidik nümunələrində kokain və marixuana (THC) aşkar edilib.

Demokrat.az xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan və mediada “məşhurların həkimi” kimi tanınan Mehmet Rahşanın həbs olunduğu genişmiqyaslı narkotik istintaqında Ədli Tibb Qurumunun hesabatları tamamlanıb. İctimaiyyətin yaxından tanıdığı bəzi şəxslərin qan, sidik və saç analizlərinin nəticələrinin müsbət çıxdığı bildirilib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova