Texnologiya

Diqqət! Azərbaycanda tiktokla bağlı qərar verildi

Diqqət! Azərbaycanda tiktokla bağlı qərar verildi

Məktəblərdə populyar sosial şəbəkə olan “TikTok” platformasından istifadə qadağan edilib.

Demokrat.az xəbər verir ki, təhsil müəssisələrində internetə çıxış imkanları ümumi şəkildə məhdudlaşdırılıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bu barədə parlamentin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında məlumat verib.

Nazir müavini bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bu addımın vacibliyi vurğulanıb. Hazırda şagirdlərin təhlükəsizliyini qorumaq məqsədilə terrorçuluq xarakterli və digər zərərli məzmunlar daxil olmaqla, ümumilikdə iki yüzdən çox mövzuya internet üzərindən giriş tamamilə qapadılıb.

Yəni, məktəb interneti ilə artıq “TikTok”a girmək və ya zərərli saytlara baxmaq mümkün deyil, çünki nazirlik uşaqları qorumaq üçün iki yüzdən çox zərərli mövzunu tamamilə bloklayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova