Astroloqlar iyunda doğulan kişilərin gizli xarakterini açıqlayıblar.
Demokrat.az xəbər verir ki, bu şəxslər daxilən olduqca sirlidirlər. Onlar kənardan çox ünsiyyətcil və açıq görünürlər. Lakin bədənləri deyil, beyinləri daim hərəkətdədir. Mütəxəssislər bildirir ki, iyun kişiləri güclü məntiqə malikdirlər. Onlar problemlər qarşısında şikayət etmir, sürətli həllər tapırlar. Kənardan soyuqqanlı görünsələr də, daxilən çox emosionaldırlar. Sadəcə olaraq, hisslərini daxildə yaşamağa üstünlük verirlər. Münasibətlərdə xarici gözəllikdən daha çox zəka axtarırlar. Biznes, idarəçilik və media sahəsində böyük uğur qazanırlar. Onlar üçün pul müstəqillik və azadlıq deməkdir. Stresi və gərginliyi ilk növbədə beyinlərində hiss edirlər. Bu kişilərin əsas uğur daşları inci və ay daşıdır.
Jalə Demokrat.az


