"Taşacak Bu Deniz" serialının aktyoru məşhur ulduzun qohumu çıxıb.
Demokrat.az xəbər verir ki, "Taşacak Bu Deniz" serialında Şerif Furtuna obrazını canlandıran Aytek Şayan bu dəfə çəkildiyi layihə ilə deyil, sosial şəbəkələrdə sürətlə yayılan toy videoları ilə gündəmə gəlib. Doğma yurdu Düzcədə qohumlarından birinin toy məclisinə qatılan aktyorun qonaqlarla birlikdə rəqs etdiyi anlar maraq doğurub. Xüsusilə onun səhnədə nümayiş etdirdiyi Qafqaz rəqsi sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb və qısa müddətdə minlərlə paylaşım toplayıb.
Lakin bu görüntülərin ardınca ortaya çıxan maraqlı detal rəqs videolarını da kölgədə qoyub. Aktyorun Qafqaz rəqsini izləyən istifadəçilər oxşar rəqs videoları ilə tanınan məşhur aktrisa Elçin Sanguya müraciət edərək onları eyni layihədə görmək istədiklərini bildiriblər. İzləyicilərin bu çağırışlarına Elçin Sangunun verdiyi reaksiya isə hər kəsi təəccübləndirib.

Məşhur aktrisa sosial şəbəkə hesabında paylaşım edərək Aytek Şayanla qohum olduqlarını açıqlayıb. Sangu paylaşımında "Aytek mənim doğma dayım oğludur, bizi bir-birimizə yaraşdırmayın" sözlərini qeyd edib. Bu qohumluq əlaqəsi hər iki sənətçinin pərəstişkarları üçün günün ən gözlənilməz sürprizi olub.
İsmayıl Demokrat.az


