Dünya

Ermənistanda seçki pozuntuları ilə bağlı 6 nəfər saxlanıldı

Ermənistanda seçki pozuntuları ilə bağlı 6 nəfər saxlanıldı

Ermənistan Daxili İşlər Nazirliyi yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər zamanı pozuntularla bağlı indiyədək 29 siqnalın daxil olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, saat 14:00-a olan vəziyyətə əsasən, daxil olan müraciətlər üzrə 6 nəfər saxlanılıb.

Bundan əlavə, seçki prosesində mümkün qanun pozuntuları ilə bağlı daha 121 müraciət hazırda araşdırılmaq üçün emal mərhələsindədir.

Demokrat.az

NE
Nihadə Eyyubova