Şou-biznes Özəl

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi — FOTOLAR

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi — FOTOLAR

Türk musiqisinin əfsanəvi adlarından İbrahim Tatlıses sağlamlıq vəziyyəti ilə bağlı yenidən xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, daha əvvəl 7 apreldə ağır infeksiya keçirən və öd kisəsi əməliyyatı olunan sənətçi 22 apreldə xəstəxanadan evə buraxılmışdı. Lakin uzunmüddətli istirahətdən sonra o, Ankara şəhərində yerləşən bir xəstəxanada nəzarət altına alınıb.

Məlumata görə, sənətçi uzun müddət hərəkətsiz qaldığı üçün Ankara xəstəxanasında həkim nəzarətində geniş fiziki terapiya proqramına başlayacaq. Həkimlər onun ümumi vəziyyətini bərpa etmək üçün reabilitasiya müalicəsi planlayıb.

Tatlısesin sağlamlıq prosesi ilə birlikdə əvvəlki açıqlamaları da yenidən diqqət çəkib. Sənətçi daha əvvəl bütün var-dövlətini dövlətə buraxacağını bildirmişdi. O, açıqlamasında ailə və şəxsi həyatına dair bəzi çətinliklər yaşadığını da qeyd etmişdi. Onun bu sözləri sosial mediada və magazin gündəmində geniş müzakirələrə səbəb olmuşdu.

İmparator-un sağlamlıq vəziyyəti ilə bağlı xəbərlər qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Minlərlə pərəstişkar sənətçinin tezliklə sağalması üçün dəstək mesajları paylaşıb.

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi — FOTOLAR

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi — FOTOLAR

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova