Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub.
Demokrat.az xəbər verir ki, qeyd olunan ərazilərdə yaşayan pensiyaçıların iyun ayı üzrə pensiyaları iyunun 12-də ödəniləcək.
Məlumata görə, bundan sonra müəyyən edilmiş qrafikə uyğun olaraq respublikanın digər şəhər və rayonları üzrə pensiyaların ödənişi həyata keçiriləcək.
Eyni zamanda, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının da qrafikə uyğun şəkildə veriləcəyi bildirilib.
Qeyd edək ki, pensiyaların ödənişi hər ay təsdiqlənmiş qrafik əsasında mərhələli şəkildə həyata keçirilir.(nocomment.az)
Demokrat.az


