Maraqlı Özəl

Xanımların işini asanlaşdıracaq günlük menyu — Həm doyumlu, həm yüngül

Xanımların işini asanlaşdıracaq günlük menyu — Həm doyumlu, həm yüngül

Axşam yeməyinə nə hazırlayacağını düşünənlər üçün həm ləzzətli, həm də olduqca doyumlu bir günlük ailə menyusu təqdim edirik.

Demokrat.az xəbər verir ki, yay aylarına çox yaraşan bu zəngin menyuda ənənəvi şorbalardan tutmuş yüngül desertlərə qədər hər şey yer alıb.

Tövsiyə olunan şam yeməyi menyusu:

Yayla şorbası: Evdə olan bir neçə sadə və minimum ərzaqla hazırlanan bu sıcaq şorba, masanız üçün mükəmməl bir başlanğıc olacaq.

Beşamel souslu ispanaq qrateni: Təzə ispanaqların soğan və sarımsaqla qovrulub, üzərinə ipək kimi yumşaq beşamel sousu və rəndələnmiş kaşar (və ya holland) pendiri əlavə edilərək sobada qızardılması ilə hazırlanan iştahaaçan ana yemək.

Çərkəz toyuğu: Toyuq ətinin bol qoz və sarımsaqla qarışdırılması, çörəyin isə toyuq bulyonunda yumşaldılması ilə hazırlanan, süfrəyə xüsusi dad qatacaq ləzzətli məzə.

Qiyməli penne makaronu: İtalyan mətbəxinin ən sevilən növlərindən biri olan penne makaronu, acı bibər və pomidorla bişirilmiş bol qiyməli sousu ilə olduqca doyumlu bir seçimdir.

Pesto souslu, gilaslı pomidor salatı: Təzə reyhanın təravətləndirici dadını fıstıq və parmezan pendiri ilə birləşdirən, süfrəyə Aralıq dənizi mehini gətirən yüngül salat.

Çiyələkli maqnolya (Magnolia): Südlü şirniyyatların ən populyar növlərindən biri. İpək kimi hamar kreması, biskvit qatları və aralarına gizlənmiş təzə çiyələk dilimləri ilə bu axşam süfrəsini tamamlayan yüngül yay deserti.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova