İstanbul Bakırköy rayon Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində saxlanılaraq qan və saç nümunələri götürülən üç məşhurun - Onur Tuna, Özgür Deniz Cellat və Zehra Hanzadə Gürkanların test nəticələri müsbət çıxıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq çərçivəsində Serenay Sarıkaya, Mabel Matiz və Berkay Şahin kimi ictimaiyyətə tanınmış 20 məşhur şəxsin də saxlanıldığı bildirilir.
Laborator analizlərin nəticələrinə görə, Onur Tunanın testində kannabis maddəsinin aktiv komponenti olan THC aşkar edilib. Sosial media fenomeni Özgür Deniz Cellatın testində də eyni maddə müəyyən olunub. Zehra Hanzadə Gürkanların isə qan və saç nümunələrində kokain metabolitləri tapılıb.
Digər tərəfdən, ATK tərəfindən testləri aparılan Mirgün Sırrı Cabas, Tuğçe Postoğlu, Cansu Tekin və Berkay Şahinin qan, sidik və saç analizlərinin mənfi nəticə verdiyi bildirilib.
Jalə Demokrat.az


