Kriminal Özəl

Gəlinini döyən qayınana məhkəmə zalında azad edildi

Gəlinini döyən qayınana məhkəmə zalında azad edildi

Bakının Xəzər rayonunda qayınana gəlinini döyüb.

Demokrat.az xəbər verir ki, hadisə Şüvalan qəsəbəsindəki fərdi evlərdən birində qeydə alınıb. Sabirabad rayon sakini, 55 yaşlı Sənəm evdə gəlini, 31 yaşlı Esmira ilə mübahisə edib. Münaqişə zamanı qayınana gəlinin üz və bədən nahiyəsinə şillə zərbələri endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Sənəmə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs əməlini tam boynuna alıb. Qayınana gəlini ilə barışdığını qeyd edərək işə xitam verilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, Sənəm zərərçəkmiş tərəflə barışdığı və ziyanı tam ödədiyinə görə cinayət məsuliyyətindən azad olunub. İş üzrə icraat dayandırılıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova