Müğənni Əminə Şirin "Quranda Qurban bayramı yoxdur" dediyi üçün tənqid olunmasına cavab verib. Sənətçi üç ildir vegetarian olduğunu və ət yemədiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, ifaçı Qurban bayramını heyvan qətliamı hesab etdiyini və ailəlikcə bu günü qeyd etmədiklərini bildirib. O, dinə qarşı olmadığını və hər kəsin öz inancına uyğun hərəkət etməli olduğunu vurğulayıb. Müğənni başqa günlər ət yeməsi ilə bağlı yazılan şərhlərə etiraz edərək danışığı ilə əməlinin üst-üstə düşdüyünü qeyd edib. O, ət yeyənləri qınamadığını, lakin insan mədəsinin canlını incitmədən də doya biləcəyini, tərəvəz və otların isə sinir sistemi olmadığı üçün acı hiss etmədiyini diqqətə çatdırıb. Əminə Şirin həmçinin ona sərt şərhlər yazanların dinin digər tələblərinə nə dərəcədə əməl etməsini sorğulayıb.
"Bayram günü paylaşdım ki, Qurban bayramı mənim üçün heyvan qətliamıdır. Bunu ailəlikcə qeyd etmirik. Müqəddəs kitabdada Qurban bayramı yoxdur. Dinə qarşı deyiləm. Din sizə nə buyurursa, onu edin. Yazırlar ki, bir dənə Qurban bayramında ət yemirsən, bəsbaşqa günlər? Tanıyanlar bilir ki, danışığımla əməlim üst-üstə düşür. Mən vegetarianam, ət yemirəm. Ət yeyənləri qınamıram. 3 ildən artıqdır ki, ət məhsulları yemirəm. İnsan mədəsi canlını incitmədən də doya bilər. Tərəvəz və otların isə sinir sistemi yoxdur, acını hiss etmir. Elə şərhlər yazırsınız ki, elə bil dinin bütün tələblərinə əməl edirsiniz".(axsam.az)
Demokrat.az


