İyun ayında səma hadisələri kifayət qədər hərəkətli görünür. Əkizlər mövsümünün sürətli, xəbərlər və ünsiyyət yönümlü enerjisi ilə başlayan ay münasibətlərdən karyeraya, maliyyə məsələlərindən emosional hesablaşmalara qədər bir çox mövzunu gündəmə gətirir.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə ayın ikinci yarısında hisslər daha qabarıq şəkildə üzə çıxacaq. Bəzi bürclər üçün yeni başlanğıclar, digərləri üçün isə müəyyən mərhələlərin başa çatması ön plana çıxır. Budur, 2026-cı ilin iyun ayının bürclərə təsiri.
Qoç
İyun ayında sürətinizi azaltmaq istəməsəniz də, səma sizdən planlı hərəkət etməyi tələb edir. Xüsusilə iş və təhsil sahəsində mühüm görüşlər gündəmə gələ bilər. Yaxın ətrafınızdan alacağınız bir xəbər sizi yeni qərar mərhələsinə gətirə bilər. Sevgi həyatında isə keçmiş məsələləri uzatmaq əvəzinə aydınlıq yaratmaq daha faydalı olacaq. Ayın sonuna doğru maliyyə baxımından rahatlama görünür.
Buğa
Pul və təhlükəsizlik hissi iyun ayı boyunca əsas mövzunuz olacaq. Xərclər arta bilər, lakin eyni zamanda yeni gəlir imkanları da yaranacaq. Karyera sahəsində gözlədiyiniz bir inkişaf gecikmə ilə də olsa nəticə verə bilər. Münasibətlərdə daha sahibkar davranış diqqət çəkəcək. Subay Buğalar üçün sosial çevrədən biri ilə yaxınlaşma ehtimalı yüksəkdir.
Əkizlər
Diqqət mərkəzi siz olacaqsınız. Günəşin bürcünüzdə hərəkəti ilə birlikdə diqqətləri üzərinizə çəkirsiniz. Yenilənmək, imicinizi dəyişmək və yeni qərarlar qəbul etmək üçün əlverişli aydır. Lakin eyni vaxtda çox işlə məşğul olmaq sizi yoracaq. Sevgi həyatında tərəddüdlər yaşana bilər. Ayın ortalarından sonra baş tutacaq vacib bir söhbət münasibətlərin istiqamətini dəyişə bilər.
Xərçəng
İyun ayı sizin üçün bir qədər daxilə yönəlmə dövrü ola bilər. Keçmiş hadisələr, yarımçıq qalmış hisslər və ya uzun müddətdir təxirə saldığınız mövzular yenidən gündəmə gələ bilər. Enerjinizi hər kəslə bölüşmək istəməyə bilərsiniz. Ayın sonuna doğru isə rahatlama və güc toplama mərhələsi başlayır. Xüsusilə emosional həyatınızda yeni səhifə aça bilərsiniz.
Şir
Sosial çevrəniz canlanır. Yeni insanlar, yeni layihələr və gözlənilməz dəvətlər gündəmdə ola bilər. Karyera baxımından diqqətçəkən bir təklif ala bilərsiniz. Lakin dost çevrəsində qısqanclıq və ya yanlış anlaşılmalara qarşı diqqətli olmaq lazımdır. Sevgi həyatında isə spontan inkişaflar ön plandadır. İyun ayı ürəyinizi təəccübləndirə bilər.
Qız
İyun ayında diqqətiniz karyera və məsuliyyətlər üzərində cəmlənəcək. Özünüzü təzyiq altında hiss edə bilərsiniz, lakin zəhmətinizin bəhrəsini almaq ehtimalı yüksəkdir. Rəhbər mövqedə olan şəxslərlə ünsiyyət daha vacib olacaq. Şəxsi həyatda isə hisslərinizi həddindən artıq gizlətməyiniz tərəfdaşınızla aranızda məsafə yarada bilər. Daha açıq davranmaq faydalı olacaq.
Tərəzi
Uzun müddətdir eyni dövrü yaşadığını düşünən Tərəzilər üçün iyun ayı daha ümidverici təsirlər gətirir. Səyahət, təhsil, köç və ya yeni başlanğıc gündəmə gələ bilər. Hüquqi məsələlərdə müsbət irəliləyişlər müşahidə oluna bilər. Sevgi həyatında uzaq məsafəli münasibətlər mövzusu diqqət çəkir. Bəzi Tərəzilər üçün ciddi qərarlar vermək enerjisi çox güclü olacaq.
Əqrəb
İyun sizin üçün dönüşüm ayıdır. Xüsusilə ortaq maliyyə, borclar və emosional bağlarla bağlı mühüm hesablaşmalar yaşana bilər. Hər şeyi nəzarətdə saxlamaq istəyinizi bir qədər azaltmağınız lazım gələcək. Sevgi həyatında ehtiraslı, lakin gərgin enerjilər hakimdir. Qısqanclıq böhranlarından uzaq durmaq vacibdir. Ayın sonunda güclü bir fürsət qapısı açıla bilər.
Oxatan
Bu ayın əsas mövzusu münasibətlərdir. Tərəfdaşınızla bağlı mühüm qərarlar gündəmə gələ bilər. Bəzi Oxatanlar münasibətlərini daha ciddi mərhələyə keçirəcək, digərləri isə ayrılıq qərarı verə bilər. İş ortaqlıqlarında da diqqətli olmaq tövsiyə edilir. İyun ayı boyunca tarazlığı qorumaq asan olmayacaq, lakin düzgün ünsiyyət böyük fərq yaradacaq.
Oğlaq
Gərgin temp davam edir. Gündəlik həyat, iş rejimi və sağlamlıq məsələləri iyun ayında xüsusi əhəmiyyət daşıyacaq. Özünüzü həddindən artıq yormamağa çalışın. Xüsusilə yuxu rejimi və qidalanma diqqətdən kənarda qalmamalıdır. İş həyatında detallara diqqət tələb edən mövzularda uğur qazana bilərsiniz. Sevgi sahəsində isə daha sakit və etibarlı təsirlər üstünlük təşkil edir.
Dolça
İyun ayı sizə müsbət təsir göstərə bilər. Yaradıcılığınız artır, sosial həyatınız canlanır. Sevgi həyatında gözlənilməz tanışlıqlar və ya qəfil inkişaflar mümkündür. Uşaq sahibi olmaq istəyən Dolçalar üçün dəstəkverici təsirlər diqqət çəkir. Lakin maliyyə məsələlərində həddindən artıq spontan davranmaq sonradan peşmanlıq yarada bilər.
Balıqlar
Ev, ailə və emosional təhlükəsizlik ehtiyacı ön plana çıxacaq. Köç, evdə dəyişikliklər və ya ailə daxilində vacib söhbətlər baş verə bilər. Keçmişə həddindən artıq bağlanmaq enerjinizi azalda bilər. Sevgi həyatında romantik, lakin həssas bir dövr yaşanacaq. Xüsusilə ayın ikinci yarısında qəlbinizə təsir edən mühüm hadisə baş verə bilər.
İyun 2026 sürətli qərarların, emosional aydınlaşmaların və yeni başlanğıcların ayı kimi görünür. Səma bəzi bürclərə cəsarət verərkən, digərlərinə “dayan və düşün” mesajı göndərir. Xüsusilə münasibətlər və ünsiyyət sahəsində deyilən sözlər uzunmüddətli təsirlər yarada bilər.
Jalə Demokrat.az


