Rusiya Ermənistanın iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı bəzi Rusiya vətəndaşlarına akkreditasiyanın verilməməsi qərarından narazılığını ifadə edib.
Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarovanın sözlərinə görə, Ermənistan tərəfi qeyri-rəsmi şəkildə bəzi Rusiya vətəndaşlarının seçki müşahidəçiləri siyahısına daxil edilməsinin arzuolunmaz olduğunu bildirib.
Bunu gələcəkdə nəzərə alacağıq. Konkret olaraq həmin şəxslərin – Rusiya Dövlət Dumasının üç deputatının – Ermənistan qarşısında nə kimi günah işlədiyini bilmirik. Yalnız ehtimal edə bilərəm ki, onlar Avropa İttifaqının sanksiya siyahısındadır və bu, rəsmi İrəvanın Aİ qarşısında nümayiş etdirdiyi mövqedir, - deyə Zaxarova bildirib.
Demokrat.az


