Sosial Özəl

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Binəqədidə hərəkət həm piyadalar, həm də sürücülər üçün sınağa çevrilib.

Demokrat.az-a müraciət edən qəsəbə sakinləri bildirib ki, Binəqədi şosesinin Yarımstansiya muzey ərazisindənNicat Mustafayev ilə kəsişmə və kəsişməyə qədər olan hissəsində yolda dərin ( 15-20 santimetr dərinliyində ) çuxurlar yaranıb.

Nəticədə avtomobillər maşına zərər dəyməsin deyə həmin ərazidən keçərkən sürəti yavaşladır, bu da uzun, təxminən 2 kilometrlik tıxaclara səbəb olur.

Ərazidə yaşayan sakinin dediyinə görə, gün ərzində siqnal səsindən dayanmaq olmur.

Qeyd edək ki, bir neçə gün əvvəlAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar NəcəfliDemokrat.az-ın sorğusuna cavab olaraq bildirimişdi ki, ərazidə təmir işləri planlaşdırılır. Lakin, hər hansı təmir prosesi həyata keçirilməyib.

Xatırladaq ki, dünən Binəqədi şosesinin başqa bir ərazisində güclü yağışlar səbəbindən yol suyun altında qalmışdı. Şosenin "White Palace" şadlıq sarayının qarşısından "Akabe" inşaata qədər hissəsində suyun hündürlüyü 20 santimetrə qədər qalxmışdı.

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR

Bakının bu ərazisində yola görə uzun tıxaclar yaranır — FOTOLAR
İslam Demokrat.az

NE
Nihadə Eyyubova