Sosial

ADY-dən Bakı-Tbilisi reysininin sərnişinlərinə müraciət

ADY-dən Bakı-Tbilisi reysininin sərnişinlərinə müraciət

Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi reysi ilə Gürcüstana səfər edəcək sərnişinlərə müraciə edib.

Demokrat.az xəbər verir ki, qurum Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz sığorta şirkətindən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağzallarında fəaliyyət göstərən müvafiq sığorta şirkətinin agentindən əldə etməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, 1 yanvar 2026-cı ildən etibarən bu ölkəyə istənilən nəqliyyat vasitəsi ilə səfər edən xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur.

Sözügedən sənəd ADY-nin əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmiryol əməkdaşları tərəfindən yoxlanılacaq:

"Sığorta sənədini özünüzlə götürməyi unutmayın".

NE
Nihadə Eyyubova